Ermənistan KTMTnin sammitində iştirak etməyəcək

25.11.2024

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 28-də Astanada keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etməyəcək.

Publika.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Qeyd edək ki, KTMT-nin bu sammitində regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunacaq, bir sıra sənədlər qəbul ediləcək.

Ermənistan tərəfi bildirib ki, sammitdə iştirak etməsələr də İrəvan planlaşdırılan sənədlərin qəbul edilməsinə etiraz etmir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью