Ermənistan Macarıstana uduzdu

14.11.2025

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin F qrupunda Ermənistan milli komandası 5-ci tur çərçivəsində İrəvanda yerləşən Vazgen Sarkisyan adına Respublika stadionunda Macarıstanla qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, qonaqlar matçın yeganə qolunu 33-cü dəqiqədə vurublar.

Belə ki, Dominik Soboslainin ötürməsini dəqiq tamamlayan Barnabaş Varqa macarlara qələbə qazandırıb.

Bu nəticədən sonra Macarıstan 8 xalla qrupda ikinci pillədə qərarlaşıb. Ermənistan yığması isə 3 xalla sonuncu yerdə qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью