Ermənistan Macarıstanda səfirlik açacaq

16.01.2025

Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.

“Ermənistan Macarıstanda səfirlik açacaq”.

Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan məlumat yayıb.

Onun sözlərinə görə, Macarıstan da həmçinin Ermənistanda səfirlik açacaq.

Xatırladaq ki, Ermənistan hökumətinin 2024-cü ilin 24 noyabrında keçirilən iclasında Macarıstanda səfirliyin açılması barədə qərar qəbul edilib.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью