Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün Artur Voskanyanın sədri olduğu Sünik Ümumi Yurisdiksiya Məhkəməsi Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini işləmiş Tiran Xaçatryan barəsində həbs-qətimkan tədbirini dəyişdirib.
O, 10 milyon dram girov və yaşadığı ərazidən getməməsi barədə yazılı öhdəliklə azadlığa buraxılacaq.
Məşhur erməni general həbs edildi
Yerli medianın yaydığı məlumata görə, məhkəmənin müdafiə tərəfinin həbs-qətimkan tədbirinin girov və ya ev dustaqlığı ilə dəyişdirilməsi barədə vəsatətini təmin etməsi gözlənilməz qərar olub. Ərizədə onun himayəsində əlil həyat yoldaşı olduğu da qeyd olunub.
Xaçatryana qarşı yanvarın əvvəlində 44 günlük müharibə zamanı vəzifə səhlənkarlığına görə cinayət işi açılmışdı. O, 2025-ci il yanvarın 5-də iki ay müddətinə həbs edilib.
Tural Tağıyev
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. O, 10 milyon dram girov və yaşadığı ərazidən getməməsi barədə yazılı öhdəliklə azadlığa buraxılacaq.
Məşhur erməni general həbs edildi Yerli medianın yaydığı məlumata görə, məhkəmənin müdafiə tərəfinin həbs-qətimkan tədbirinin girov və ya ev dustaqlığı ilə dəyişdirilməsi barədə vəsatətini təmin etməsi gözlənilməz qərar olub. Ərizədə onun himayəsində əlil həyat yoldaşı olduğu da qeyd olunub.
Xaçatryana qarşı yanvarın əvvəlində 44 günlük müharibə zamanı vəzifə səhlənkarlığına görə cinayət işi açılmışdı. O, 2025-ci il yanvarın 5-də iki ay müddətinə həbs edilib.
Tural Tağıyev
AzVision.az