Ermənistan Mərkəzi Bankı: Azərbaycandan benzin idxalı qiymətlərə müsbət təsir göstərəcək

03.02.2026

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu sözləri Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan mətbuat konfransında dilə gətirib. O bildirib ki, dekabrın 20-dən etibarən ölkəsinə Azərbaycandan göndərilən benzinin əksər payı əsasən keçən ay satılıb:
"Hər halda, belə bir prosesin əsl müsbət təsiri daha geniş kontekstdə – sərhədlərin açılmasında, logistika xərclərinin azaldılmasında üzə çıxacaq".
Ermənistanın baş müfəttişi: "Azərbaycan benzinində keyfiyyət problemi qeydə alınmayıb"
Xatırladaq ki, 2025-ci ilin dekabrında Azərbaycandan Ermənistana onilliklər ərzində ilk dəfə (Gürcüstan vasitəsilə) 1200 ton neft məhsulu göndərilib. Ötən günlərdə isə Azərbaycandan ikinci partiya: 6100 ton benzin və 1500 ton dizel yanacağı Ermənistana çatdırılıb.
Firudin Həmidli
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью