Ermənistan Milli Assambleyasının binası yaxınlığında Rusiyaya qarşı ETİRAZ AKSİYASI

06.06.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan-Rusiya parlamentlərarası komissiyasının iclası zamanı Ermənistan parlamentinin binası yaxınlığında iki əks etiraz aksiyası keçirilib.

Bu barədə Oxu.Az Ermənistan KİV-nə istinadən xəbər verir.

Məlumata görə, əvvəlcə qərbyönümlü qüvvələrdən ibarət kiçik bir qrup Ermənistan Milli Məclisinin binasının darvazası önünə toplaşaraq, "Rusiya satqındır", "Rusiya sülhpərvər deyil, alverçidir" şüarları ilə anti-Rusiya plakatları nümayiş etdiriblər.

Bir müddət sonra həmin əraziyə Rusiya ilə dostluq və tərəfdaşlıq şüarları səsləndirən başqa bir qrup yaxınlaşıb.

"Tarixlə möhkəmlənmiş qardaşlıq", "Qardaş xalqlar - ortaq gələcək", - deyə plakatlardan bəzilərində yazılıb.

"Vətənini 2 qəpiyə satanlara münasibət bildirmək istəmirəm, burada Soros fondunun nümayəndələri toplaşıblar", - deyə aksiya iştirakçılarından biri bildirib.

Bəzi şəxslərin qışqırtıları mübahisəyə səbəb olub və davaya çevrilmədən son anda dayandırılıb. Polis hər iki tərəfdən etirazçıları saxlayıb və qarşıdurmaya mane olmaq üçün onları ayırıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью