Ermənistan millisi öz meydanında Farer adalarına məğlub olub

15.11.2024

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan millisi öz meydanında Farer adalarına məğlub olub.

APA xəbər verir ki, UEFA Millətlər Liqasının V turunda keçirilən oyunlar çərçivəsində C liqasında çıxış edən Ermənistan millisi öz meydanında Farer adalarını qəbul edib.

Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda yeganə qolu 33-cü dəqiqədə Vilolmur Devidsen vurub.

Qeyd edək ki, erməni azarkeşlər son vaxtlar uğursuz nəticələrə görə Ermənistan Futbol Federasiyası rəhbərinin istefasını tələb edirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью