Ermənistan millisi yenə məğlub oldu Bir xalları da yoxdur

28.03.2026

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2027-ci il UEFA 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Ermənistanın gənclərdən ibarət milli komandası Polşanın 21 yaşadək futbolçulardan ibarət komandası ilə qarşılaşıb.

"Unikal" xəbər verir ki, E qrupunun lideri ilə qarşılaşan ermənilər səfər oyununda 1:4 hesabı ilə məğlub olub. 

Bu, Ermənistan yığmasının cari seçmə turnirdə ardıcıl 7-ci məğlubiyyəti idi. Turlardan sonra Ermənistanın 21 yaşadək futbolçulardan ibarət komandası bir xal da qazana bilməyib və E qrupunun turnir cədvəlində sonuncu, 6-cı yerdə qərarlaşıb. 

Ağarza Elçinoğlu 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью