Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏTə müraciət etmək niyyətindədir AzPolitika onlayn siyasiictimai qəzet

11.01.2025

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan Minsk qrupunun ləğvi məsələsi ilə bağlı ATƏT-ə müraciət etmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə yazıb.

"Ermənistan ATƏT-ə Minsk qrupunun ləğvi məsələsi ilə bağlı müraciət etmək imkanını nəzərdən keçirir", - o qeyd edib.

N.Baqdasaryan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və sülh sazişi imzalamaqla bunu təsdiqləməyə hazır olduğunu bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью