Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ərizə təqdim edəcək

17.01.2025

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistan və Azərbaycan yaya qədər ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə ərizə təqdim edəcəklər.

Missiya.Az xəbər verir ki, bu barədə “Hraparak” nəşri erməni rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə dəfə Minsk Qrupunun sülh müqaviləsinin imzalanması şərti ilə buraxılması ilə razılaşdığını bildirsə də, bu ilin əvvəlində Azərbaycan prezidenti İlham Əliyevin kəskin bəyanatlarından sonra, o, Bakının bu tələbi ilə razılaşıb.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью