Ermənistan MTX nin “Çiko” kod adlı zabiti həbs edildi

07.03.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin zabiti Aram Robertoviç Qasparyan saxlanılıb. 20 il xidmət təcrübəsi olan Qasparyan barəsində həbs qətimkan tədbiri seçilib.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“Qasparyan 2021-ci ilin aprelində Zəngəzurda baş verən hadisələrdə ittiham olunur. İddiaya görə, o, bu hadisələrin təşkilatçılarından biri olub”, - məlumatda bildirilib.

Qeyd edilir ki, Aram Qasparyanın kod adı “Çiko” olub, təqaüdə çıxandan sonra Zəngəzur Mis-Molibden Kombinatında şöbə müdiri vəzifəsində işləyirmiş.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью