Ermənistan Müdafiə Nazirliyi hərbçisinin öldüyü barədə məlumat yaydı

06.06.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanda hərbi hissələrdən birinin hərbi qulluqçusu Narek Marqaryan ildırım vurması nəticəsində həyatını itirib.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunur ki, hadisə iyunun 6-da saat 13 radələrində (Bakı vaxtı ilə eynidir - red.) baş verib.

Hadisənin başvermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью