Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: Bu ölkədən çıxırıq | Icma.az
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir. Ermənistanın humanitar missiyası təcili olaraq Hələbdən təxliyə edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, axşam saatlarında Ermənistanın minatəmizləmə mütəxəssisləri və tibb işçilərindən ibarət qrupun bütün şəxsi heyəti ölkəyə geri qayıdıb.
“Son günlər Suriya Ərəb Respublikasının bir sıra ərazilərində vəziyyəti kəskin şəkildə pisləşib və aktiv döyüş əməliyyatları başlayıb.
Buna görə də, Hələb bölgəsində missiya həyata keçirmək qeyri-mümkün olub”, – deyə Ermənistan Müdafiə Nazirliyinin bəyanatında vurğulanıb.
Xatırladaq ki, Ermənistan 2019-cu ilin fevralından Suriyada humanitar missiyada iştirak edir.
Müşviq Tofiqoğlu Globalinfo.az Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu