Ermənistan Müdafiə Nazirliyinin növbəti yalanı ifşa edildi | Icma.az
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistan Müdafiə Nazirliyi 31 mart tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Syunik vilayətinin Xanazax (Хнацах) kəndinin atəşə tutulması haqda məlumat yayıb.
Məlumatda bildirilirdi ki, atəş nəticəsində yaşayış evi zərər görsə də təlafat olmayıb.
Ermənistan MN-nin bu məlumatını Nazirliyin mətbuat xidmətinin rəhbəri rəsmi sosial media hesablarında paylaşıb.
Oxu.Az Faktyoxla.az-a istinadla xəbər verir ki, bu paylaşımdan sonra qeyd edilən məlumat bütün Ermənistan mediasında tirajlanıb, Azərbaycan əleyhinə davamlı fəaliyyət göstərən iranlı ekspert Ehsan Mövahedian və Rusiya Dövlət Dumasının deputatı, ermənipərəst Vitali Milonov kimi anti-Azərbaycançı şəxslər məsələyə münasibət bildiriblər.
Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin bu məlumatını təkzib edərək, Ermənistan tərəfinin növbəti dezinformasiyası adlandırıb.
Faktyoxla.Lab bu iddiaların doğru olub-olmadığını araşdırıb.
Beləliklə, Ermənistan MN-in yaydığı evin pəncərəsində odlu silahdan açılan atəş nəticəsində yaranan bir güllə dəliyi, divarda çöküntü və zərbədən deformasiyaya uğramış güllə mərmisi var.
Tam oxu
Xəbəri oxu