Icma.az, Sonxeber.az portalına istinadən məlumat verir. "Ermənistan müharibə yolundan birdəfəlik imtina etməlidir" - Bəhruz Quliyev Ermənist
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dekabrın 10-da Ermənistan-Fransa strateji müdafiə əməkdaşlığı üzrə məsləhətləşmələr keçirilib.
Məsləhətləşmələr zamanı 2024-cü ildə görülən işlərin yekunları və növbəti il üçün planlar müzakirə edilib və 2025-ci il üçün müdafiə sahəsində əməkdaşlıq proqramı imzalanıb.
Məsləhətləşmələr zamanı tərəflər, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Məsələyə ilə bağlı Sonxeber.az-a danışan SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev deyib ki, Cənubi Qafqazı yenidən qarışdırmaq Fransanın əsas prioritetidir: "Məğlub Ermənistanı silahlandırıb növbəti müharibəyə sövq etmək cəhdi nəticəsiz başa çatacaq.
Fransa-Ermənistan əməkdaşlığının genişləndirilməsi və proseslərin hərbi əməkdaşlıq müstəvisinə keçidi ondan xəbər verir ki, rəsmi İrəvan sülhə doğru getmək əvəzinə əksinə hərbi sistemini gücləndirir.
Buradan sual ortaya çıxır. Ermənistanın bu addımları atmaqda məqsədi nədir?