Ermənistan müharibədən sonra hərbi büdcəsini kəskin şəkildə azaldıb Abramyan

26.01.2026

Icma.az, Sherg.az saytına istinadən bildirir.

“Ermənistan 44 günlük müharibədən sonra hərbi büdcəsini kəskin şəkildə azaldıb”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.

“Ermənistan hökuməti 44 günlük müharibədən sonra hərbi büdcəni təxminən 15-16 faiz azaldıb. Bura məcburi hərbi xidmətin müddətinin azaldılması və bir sıra digər addımlar da daxildir”, - deputat bildirib.

Abramyanın sözlərinə görə, Ermənistanla Azərbaycan arasında pozulmuş hərbi balans durmadan dərinləşir.

Deputat Azərbaycanın Ermənistandan hərbi büdcə və digər resurslar baxımından müqayisə edilməyəcək qədər güclü olduğunu qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью