Icma.az bildirir, Milli.az saytına əsaslanaraq. Son illərdə Ermənistanın baş naziri Nikol Paşinyanın sosial-iqtisadi sahədə verdiyi vədlərin
Belə bir vəziyyətdə o, daxili auditoriyanı sakitləşdirmək və nüfuzunu bərpa etmək üçün yeni və diqqətçəkən addım atmağa çalışır.
Ermənistan rəhbərliyi bu yeniliyi hərbi əməliyyatlar vasitəsilə qazanılan qələbədə görür.
Bu yanaşma bir tərəfdən, xalqın diqqətini sosial problemlərdən yayındırmağı, digər tərəfdən, ölkənin siyasi gündəmindəki vacib məsələləri hərbi motivlərlə əvəzləməyi hədəfləyir.
Paşinyan üçün bu, həm də müxalifətin artan təzyiqlərinə cavab olaraq hakimiyyətini qorumaq üçün son çarə ola bilər.
Fransa Ermənistanı uçuruma sürükləyir Ermənistanda revanşizm əhval-ruhiyyəsi son dövrlərdə güclənməkdədir.
Bu əhval-ruhiyyənin əsas qaynaqlarından biri Ermənistanın hərbi məğlubiyyətlərinin nəticələrindən qurtulmaq və öz xalqı qarşısında itirilmiş imici bərpa etmək istəyidir.
Bu istəyi həyata keçirməkdə isə Fransa kimi güclü tərəfdarların təhriki ilə Ermənistanın hərbi potensialını artırmaq cəhdləri mühüm rol oynayır.