Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Son günlər Fransa və Hindistanın Ermənistana silah tədarükü prosesi gedir, bu da bölgədə geosiyasi gərginliyin artmasına səbəb olur”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında "Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri, hərbi ekspert Bəhruz Məmmədzadə deyib.
Ekspert bildirib ki, Ermənistan Fransadan "Caesar" özüyeriyən artilleriya sistemləri alır: "Bu sistemlər yüksək dəqiqlik və hərəkət qabiliyyəti ilə tanınır və hücum xarakterli silahlar hesab olunur.
Fransanın bu addımını, Ermənistanı Azərbaycana qarşı müharibəyə təhrik etməsi kimi qiymətləndirmək olar.
Bu silahların Ermənistana verilməsi bölgədə sülhə mane olur, müharibə ehtimalını yüksəldir.
Qərb Cənubi Qafqazda sabitliyi pozmaq, yenidən münaqişə ocağı yaratmağa çalışır.
Ermənistan Fransa ilə yanaşı Hindistandan da müxtəlif silahlar, o cümlədən artilleriya və zenit sistemləri tədarük edir.