Ermənistan mütəşəkkil cinayətdə ittiham olunan 2 şəxsi Türkiyəyə ekstradisiya edib AzPolitika onlayn siyasi ictimai qəzet

19.01.2025

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Ermənistan mütəşəkkil cinayətdə ittiham olunan iki şəxsi Türkiyəyə ekstradisiya edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ermənistan İnterpolun “qırmızı bildiriş” çərçivəsindəki sorğuya cavab olaraq ölkəmizdə mütəşəkkil cinayət fəaliyyətləri ilə məşğul olan iki şəxsi 19 yanvar 2025-ci il tarixində təhvil vermişdir. Türkiyə Ermənistanın bu məsələdə göstərdiyi əməkdaşlığı təqdir edir”, – məlumatda vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью