Ermənistan müxalifəti parlamenti tərk etdi

19.08.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanda müxalifət parlament iclasını yarımçıq  tərk edib. 

“Cebheinfo.az”-ın məlumatıəna görə, buna səbəb parlament sədrinin müavini Vaahn Aleksanyanın “Güclü Ermənistan” fraksiyasının deputatı David Kazinyanın iclas zalından çıxarılmasını əmr etməsi olub. Bundan əvvəl Aleksanyan müxalifət deputatına bir neçə dəfə töhmət verərək, ondan yerində qalmasını tələb edib.

Parlament müxalifəti də öz növbəsində hökumətin sədr müavinlərinin hərəkətlərindən narazılığını bildirib və qeyd edib ki, onlar müxalifət deputatlarının demək olar ki, hər çıxışına şərh verirlər. 

Kazinyan iclas zalını tərk etdikdən sonra hər iki müxalifət fraksiyasının nümayəndələri də onun ardınca çölə çıxıblar. Ermənistan fraksiyasının deputatı Levon Köçəryan baş verənləri qəbuledilməz saydıqları üçün etiraz əlaməti olaraq zalı tərk etdiklərini bildirib. 

Müxalifətdəki Milli Məclisin vitse-spikeri Aram Vardavanyan da daxil olmaqla, “Güclü Ermənistan” fraksiyasının üzvləri  parlament binasını tərk edərək hadisə və oxşar təcrübələrlə bağlı narazılıqlarını bildiriblər. 

“Ermənistan” fraksiyası müxalifətdəki həmkarlarının mövqeyini bölüşdüklərini və baş verənlərdən son dərəcə qəzəbləndiklərini bildiriblər.

Müşfiq Abdulla
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью