Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
“Seçkiqabağı böyük müxalifət bloku formalaşdırmaq üçün imkan var”.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın sabiq prezidenti Robert Koçaryan mətbuat konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda Ermənistan müxalifətinin nümayəndələri fundamental məsələlərdə oxşar yanaşmalardan istifadə edirlər.
“Bu o deməkdir ki, müxalifətin əməkdaşlığı, tezislərin sinxronlaşdırılması üçün ciddi imkan var. Bu, müstəsna bir vəziyyətdir. Bu vəziyyət optimizm yaradır - böyük seçkiqabağı blok formalaşdırmaq mümkündür”, - Koçaryan deyib.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri bu il iyunun 7-si keçiriləcək.