Ermənistan müxalifəti sülh layihəsi ilə tanış olmaq istəyirlər

02.12.2024

Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanda bir qrup müxalifətçi deputat məhkəməyə müraciət edərək Azərbaycanla imzalanacaq saziş layihəsi ilə tanış olmağı tələb ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə müxalifətin yaydığı bəyanatda deyilir.

"Deputatlar xarici işlər nazirinin 14 mart 2024-cü il tarixli qərarının qeyri-legitim kimi tanınmasını tələb edirlər", - deyə qeyd olunub.

Bundan əvvəl baş nazir Nikol Paşinyan bildirib ki, o, müxalifətə saziş layihəsi ilə tanış olmaq imkanı verməmək qərarına gəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью