Ermənistan müxalifətinə şərt qoyuldu: ya seçki, ya referendum

23.11.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

“Müxalifətin reaksiyasını gözləməyin mənası yoxdur. Çünki onlar hazırkı hökuməti əvəz edəcəklərini deyəndə yalan danışıblar”.

“Cebheinfo.az”-ın məlumatına görə, noyabrın 23-də Milli Məclisdə keçirilən ənənəvi brifinqlərdə hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan parlament üzvü Alxas Qazaryan belə deyib.

“Onların ictimai dəstəyin olmaması açıq-aydın və təbiidir. Bundan başqa, onlar həmçinin, bizim növbədənkənar parlament seçkiləri keçirməyə hazır olduğumuzdan narahatdırlar və qorxurlar. Axı, indi seçkilər zamanı onlardan nə gözləməli olduğumuz hamımıza aydındır-səslərin satın alınması və cəhd edəcəkləri bütün digər saxtakarlıq üsulları.

Biz onların metodlarını bilirik və buna imkan verməyəcəyik. Ona görə də onların bütün cəbhələrdə narahatlıqları var. Əks halda, yalnız bir yol var-referenduma. Bəs niyə onlar referenduma getmirlər? Bu sualın cavabı müxalifətə yönəldilməlidir”,-deyə hakim partiya fraksiyasının rəhbəri Arusyak Manavazyan qeyd edib.

Müşfiq Abdulla
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью