Ermənistan Nazirlər Kabineti Bakı və İrəvanın konsensus əldə etdiyi məsələləri açıqlamaq niyyətindədir KONKRET

14.07.2025

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Ermənistan Nazirlər Kabineti Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilmiş son danışıqların bəzi detallarını, konsensus əldə edilən məsələləri açıqlamağı vəd edib.

KONKRET.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Baş nazirin aparatının rəhbərinin müavini Taron Çaxoyan bildirib.

O qeyd edib ki, yaxın vaxtlarda bəyanatlar səsləndiriləcək və bəzi mötərizələr açılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью