“Ermənistan növbəti görüşə ev sahibliyi etməyə hazırdır”

27.05.2025

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Ermənistan “3+3” formatında nazirlərin növbəti görüşünə ev sahibliyi etməyə hazır olduğunu bir daha təsdiqləyir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan”ın sorğusuna cavabında Ermənistan XİN açıqlayıb.

“Ermənistan hələ 2024-cü il oktyabrın 18-də platformanın İstanbulda keçirilən üçüncü konsultativ görüşü zamanı nazirlərin növbəti görüşünə ev sahibliyi etməyə hazır olduğunu qeyd etmişdi”, - deyə məlumatda bildirilib. 

Həmçinin qeyd olunub ki, görüşün tarixi və yeri müəyyən edildikdə, bu barədə ictimaiyyətə məlumat veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью