Ermənistan nümayəndə heyəti ABŞ nin hərbi bazasında olub

12.02.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistan Müdafiə Nazirliyinin Hərbi-tibbi təminat idarəsinin rəisi Geqam Paşikyanın başçılıq etdiyi nümayəndə heyəti bu günlərdə Almaniyanın Hönfels şəhərində yerləşən ABŞ hərbi bazasında olub.

Oxu.Az Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Hönfels şəhərində keçirilən "Combined Resolve 2025" hərbi təlimlərində Ermənistan Müdafiə Nazirliyinin Hərbi-tibbi təminat idarəsinin səyyar hospitalından savayı, nazirliyin hərbi polisinin xüsusi batalyonunun şəxsi heyətindən ibarət də bölmə iştirak edir.

Nümayəndə heyəti təlimlərin gedişatını izləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью