Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Ankaraya geniş tərkibli nümayəndə heyəti ilə səfər edib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində müzakirələrin aparılması nəzərdə tutulur.
Nümayəndə heyətinin tərkibində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Milli Assambleyanın vitse-spikeri və Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan, xarici işlər nazirinin müavini Vahan Kostanyan, baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan və digər rəsmi şəxslər yer alıblar.
Səfərin gündəliyinə dair hələlik rəsmi açıqlama verilməsə də, ekspertlər bu səfərin regionda diplomatik fəallığın artdığı bir dönəmdə baş tutmasının təsadüfi olmadığını bildirirlər. Gözləntilərə görə, Ankarada keçiriləcək görüşlərdə iki ölkə arasında münasibətlərin normallaşması, sərhədlərin açılması və regional əməkdaşlıq məsələləri müzakirə edilə bilər.