Ermənistan ona görə ilk gündən COP29a qatılmayıb ki... İLGİNC DETAL

13.11.2024

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

"Ermənistan nümayəndə heyətinin COP29-a qatılacağını istisna etmirəm. Tədbir hələ 8 gün davam edəcək. Bakıdakı tədbirə açılışdan sonra qatılan rəsmilər də var. Ermənistanı təmsil edə biləcək rəsmi ona görə ilk gündən COP29-a qatılmayıb ki, açılışda Qarabağın işğaldan azad edilməsinə dair Prezident İlham Əliyevin çıxışındakı fikirləri və toplantıda azad olunan şəhərləri də göstərən filmi izləməliydi".

News24.az Musavat.com-a istinadla bildirir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun fikrincə, baş nazir Nikol Paşinyan düşünüb ki, bu halda başçılıq etdiyi hökumətə qarşı radikal müxalifət fəallaşa bilərdi:

"Ona görə də tədbirin açılışında iştirak etməməyə qərar veriblər. Bütün hallarda Ermənistanın COP29-da iştirak etməməsi Bakı ilə danışıqlara təsir etməyəcək. Rəsmi Bakının mövqeyi belədir ki, COP29 tədbirinin Azərbaycan-Ermənistan danışıqlarına aidiyyəti yoxdur. Nikol Paşinyan çox çalışırdı ki, Bakı İrəvanla yarımçıq sənədi imzalasın və o, COP29-da iştirak etsin. Bu baş vermədi. Danışıqlar isə COP29-dan sonra dayandığı yerdən davam edəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью