Ermənistan ordusu haubitsalarla Kərkiyə gedir Video

28.11.2024

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistan ordusunun hərbi kolonunun Kərkiyə doğru hərəkət etməsini əks etdirən görüntü yayılıb.

Axar.az xəbər verir ki, erməni sosial şəbəkə istifadəçiləri Ermənistan hərbi birliklərinin Cermukdan çıxarılaraq, Naxçıvanla şərti sərhədə, Kərki istiqamətinə getdiyini qeyd edib.

Hərbi kolunun haubitsalar da daşıdığı görünür.

Az öncə isə Ermənistan Müdafiə Nazirliyi qüvvələrin Cermukdan geri çəkilməsi barədə xəbəri təkzib etsə də, hərbi kolonun Kərki istiqamətində hərəkəti haqda heç bir məlumat verməmişdi.

“Bez Tormozov”un paylaşdığı sözügedən videonu təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью