Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Ermənistan Silahlı Qüvvələri NATO standartlarına uyğunlaşmaq üçün hərbi salamlama prosedurlarını dəyişdirir.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan “Facebook” sosial şəbəkəsində paylaşım edib.
“Ermənistan Müdafiə Nazirliyinin sülhməramlı briqadası NATO standartlarına uyğun olaraq Əməliyyat İmkanları Konsepsiyasının birinci səviyyəli özünüqiymətləndirməsini başa çatdırıb”,-deyə Papikyan bildirib.
Qeyd edilir ki, Ermənistan ordusunun hərbçiləri artıq NATO ordularında baş geyimlərini çıxardıqdan sonra hərbi baş geyimləri olmadan əsgər salamı verməlidirlər.
“Hraparak” nəşrinin yazdığına görə, əvvəllər hərbi salam baş geyiminə əl qaldırmaqla verilirdi. İndi əsgərlər baş geyimlərini çıxardıqdan sonra əlini başlarına qaldırmalıdırlar.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin