Ermənistan ordusunda böhran: Ümid qadın hərbçilərədir ŞOK DETALLAR

19.08.2026

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Ölkə.az xəbər verir ki, bunu “Hraparak” yazıb. 

Məlumata görə, müdafiə naziri Suren Papikyan vəziyyətin ağır olduğunu etiraf edib. O, orduda qeyri-döyüş şəraitində əsgər ölümü hallarının çox olmasından narahatlığını dilə gətirərək yüksək rütbəli hərbçiləri sərhədə yerləşən hərbi hissələrə göndərdiyini təsdiqləyib.

Nəşrin yazdığına görə, Ermənistan ordusunda ölüm və özünəqsəd hallaırnın sayının çox olmasının əsas səbəblərindən biri əsgərlərlə qanundan və nizamnamədənkənar davranışlardır:

“Xüsusilə, posta çıxan əsgərlər arasında məişət zəminində münaqişələr yaranır. Məsələn, əsgərlər postlarında yuxuya getdiklərinə görə bir-birlərinə söyüş söyürlər, bundan sonra mübahisələr davaya çevrilir və bu da sonda ölümlə nəticələnir. Əsgərlər ya bir-birini intihara sürükləyir, ya da qətlin qurbanı olurlar. Bu, komanda işinin idarə olunması və təşkili ilə bağlı ciddi problemlərin olduğunu göstərir. Bu səbəbə görə bəzi yüksək rütbəli hərbçiləri 1-2 ay müddətinə asayişi bərpa etmək üçün sərhədə göndərilir”.

Nəşr mənbələrinə istinadən onu da yazıb ki, bu qərar yalnız kişi hərbçilərə şamil edilmir. “Yüksək rütbəli qadın əsgərlər də sərhədə göndərilə bilərlər.

Mürtəza
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью