Ermənistan ordusunda insident KONKRET

28.07.2026

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Cermuk hərbi hissəsindən vəhşicəsinə döyülmüş müddətli əsgər hərbi xəstəxanaya çatdırılıb.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, əsgərin üzü tanınmaz halda olub.

Hüquq müdafiəçisi Janna Aleksanyan bildirib ki, əsgər psixi sağlamlıq problemlərinə baxmayaraq altı ay əvvəl orduya çağırılıb.

Qeyd edək ki, insident hələ 22 iyulda baş verib, lakin heç bir istintaq başlanmayıb. Əsgərin anasının məlumatına görə, əsgəri ordunun zabiti vəhşicəsinə döyüb. Müdafiə Nazirliyi isə bununla bağlı susur.

Ağagül Mürsəlov,
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью