Ermənistan ordusunda kadr dəyişikliyi olacaq Paşinyan KONKRET

13.08.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan sülh şəraitində hərbçinin növbəti ölümündən sonra orduda kadr dəyişikliklərinin aparılacağını açıqlayıb.

KONKRET.az xəbər verir ki, o, səhər saatlarında yaranmış vəziyyəti müdafiə naziri Suren Papikyanla müzakirə edib.

“Artıq qərar qəbul etmişəm. Hərbi polisdə, xüsusilə mənəvi-psixoloji işlərin idarə olunması istiqamətində dəyişikliklər olacaq. Bu sahədə görülən tədbirlərin niyə gözlənilən nəticəni vermədiyini ətraflı təhlil edəcəyik. Nəticələr çıxarılacaq və məsul şəxslər cəzalandırılacaq”, – Paşinyan deyib.

Baş nazir qeyd edib ki, iradları Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə və müdafiə nazirinə aid deyil.

Natiq Səlim,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью