Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın Müdafiə Nazirliyində ard-arda yüksək vəzifəli şəxslərin postlarından uzaqlaşdırılması diqqət çəkir.
KONKRET.az xəbər verir ki, 24News-un məlumatına görə, müdafiə naziri Suren Papikyan üç müşavirini – Melikset Poqosyan, Razmik Petrosyan və Qarabağdakı keçmiş separatçı silahlı birləşmələrin sonuncu komandanı Kamo Vardanyanı vəzifədən azad edib.
Ermənistan Müdafiə Nazirliyi Melikset Poqosyan və Razmik Petrosyanın vəzifələrindən azad edilməsini təsdiqləyib. Kamo Vardanyanla bağlı isə rəsmi açıqlamada məlumat verilməyib.
Poqosyan əvvəllər Zəngəzur vilayətinin qubernatoru olub. Razmik Petrosyan isə Araqatsotn vilayətinin keçmiş qubernatorudur. O, 2022-ci ildə Suren Papikyanın hərbi məsələlər üzrə müşaviri təyin edilmişdi.
Kamo Vardanyan isə Qarabağdakı keçmiş separatçı silahlı birləşmələrin sonuncu komandanı olub. 2022-ci ildə ona general-leytenant rütbəsi verilmişdi.
Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisinin rəisi Aşot Zakaryan da postunu itirib. Onun yerinə Ermənistan daxili işlər nazirinin keçmiş müavini Aram Ovannisyan təyin edilib. 24News avqustun 17-də Ovannisyanın yeni vəzifəyə gətirildiyini bildirib.