Ermənistan Ordusunda yeni təyinatlar KONKRET

28.11.2024

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanın müvafiq ordu birləşmələrinə yeni komandanlar təyin edilib.

KONKRET.az APA-ya istinadən bildirir ki, bu barədə qərarı Baş nazir Nikol Paşinyanın təqdimatı əsasında prezident Vaaqn Xaçaturyan imzalayıb.

Sənədə əsasən, polkovnik Levon Davidyan Xüsusi Təyinatlı Qüvvələrin komandanı vəzifəsinə gətirilib.

Digər sərəncamlarla general-mayor Aleksandr Tsakanyan Baş Qərargahın Əməliyyat Baş İdarəsi rəisinin birinci müavini, polkovnik Simon Nazaryan 3-cü, digər polkovnik Qaqik Poqosyan isə 5-ci Ordu Korpusunun komandiri təyin edilib.

Digər sərəncamla Müdafiə Nazirliyi nəzdində Milli Tədqiqat Universitetinə rəhbərlik general-mayor Albert Baqdadyana həvalə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью