Ermənistan ordusunun komandanlığında yeni təyinatlar

28.11.2024

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistan prezidenti Vaaqn Xaçaturyan baş nazirin təklifi ilə Ermənistan Silahlı Qüvvələrinin ali komandanlığında yeni təyinatlar edib.

Modern.az xəbər verir ki, prezidentin fərmanı ilə Levon Davidyan Xüsusi Təyinatlı Qüvvələrin komandiri təyin edilib.

General-mayor Aleksandr Tsakanyan – Baş Qərargahın Baş Əməliyyat İdarəsi rəisinin birinci müavini postuna təyinat alıb.

Polkovnik Simon Nazaryan - 3-cü ordu korpusunin komandiri, polkovnik Qaqik Poqosyan 5-ci ordu korpusunun komandiri, general-mayor Albert Baqdasaryan - Ermənistan Müdafiə Nazirliyinin Milli Müdafiə Tədqiqat Universitetinin rəisi vəzifəsinə gətirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью