Ermənistan ordusunun maşını İrəvanda qəza törətdi: 3 yaralı var

03.06.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İrəvanda Ermənistan silahlı qüvvələrinə aid avtomobilin iştirakı ilə qəza baş verib.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, bu gün saat 15:00 radələrində Ermənistan Müdafiə Nazirliyinin balansında olan “Hunday Elantra” və “pikap” tipli avtomobil toqquşub.

Qəza nəticəsində 2 nəfər Erebuni Tibb Mərkəzinə, 1 nəfər isə hərbi hospitala yerləşdirilib.

Toqquşma nəticəsində “pikap” yolun hərəkət hissəsindən çıxaraq dirəyə çırpılıb. Patrul xidməti sürücülərin və zərərçəkənlərin şəxsiyyətini müəyyənləşdirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью