Ermənistan Pakistana ilk səfirini təyin edib KONKRET

06.07.2026

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistan Pakistana ilk səfirini təyin edib.

KONKRET.az xəbər verir ki, Ermənistan Prezidenti bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, Karen Qriqoryan Ermənistanın Pakistanda səfiri təyin edilib.

Karen Qriqoryan Ermənistanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiridir. Onun iqamətgahı Əbu-Dabidə yerləşəcək.

Bu, Ermənistan ilə Pakistan arasında diplomatik münasibətlərin ötən il – 2025-ci ilin avqustunda qurulmasından sonra İslamabada ilk səfir təyinatıdır. Tərəflər ilkin mərhələdə rezident olmayan səfirlər vasitəsilə diplomatik əlaqələri həyata keçirmək barədə razılığa gəliblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью