Ermənistan parlamenti Aİ yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirməyə hazırlaşır

10.02.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Ermənistan parlamenti Avropa İttifaqına daxil olmaq haqqında qanun layihəsini nəzərdən keçirməyə hazırlaşır.

APA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, Ermənistanın Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında qanun layihəsi parlamentin fevralın 11-dən 14-dək keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, Ermənistan hökuməti müvafiq sənədi yanvarın 9-da təsdiqləyib. Bundan sonra isə Ermənistan parlamentinin komitəsi Aİ-yə üzvlük prosesi ilə bağlı qanun layihəsini təsdiq edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью