Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistan Parlamentinin Avropaya İnteqrasiya üzrə Komissiyası ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü prosesinin başlanmasına dair qanun layihəsini ikinci oxunuşda müzakirəyə qərar verib.
APA-nın “Armenia Today” saytına istinadən məlumatına görə, layihənin plenar iclasların birində müzakirə ediləcəyi bildirilib.
Qeyd edək ki, yanvarın 9-da Ermənistanın Nazirlər Kabineti Aİ-yə üzvlük prosesinin başlaması ilə əlaqədar qanun layihəsini qəbul edib. Fevralın 12-də sənəd birinci oxunuşda təsdiqlənib.
Layihənin 4 mart tarixinə nəzərdə tutulan ikinci oxunuşunun texniki səbəblərdən təxirə salındığı bildirilmişdi.