Ermənistan parlamenti Avropa İttifaqına üzvlüyə “hə” dedi

12.02.2025

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Ermənistan parlamenti ilkin oxunuşda “Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, səsvermə nəticəsində 63 deputat layihənin lehinə, 7 deputat isə əleyhinə səs verib.

Hakim partiyanın deputatları hesab edirlər ki, bu sənəd Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət anlamına gəlmir, əksinə, siyasi iradənin ifadəsi və Aİ-yə ünvanlanan bir mesajdır. Ancaq müxalif “Ermənistan” fraksiyasının deputatları bu addımı seçkilər öncəsi daxili siyasi maraqlara xidmət edən xarici siyasət avantürası və biabırçı blef kimi qiymətləndirirlər.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью