Ermənistan parlamenti Paşinyana etimadsızlıq barədə bəyanat layihəsini rədd edib

06.10.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Ermənistan parlamentinin Dövlət-hüquq məsələləri üzrə Komissiyası müxalifət fraksiyası “Şərəfim var”ın Baş nazirə etimadsızlıq bəyanatı layihəsinə mənfi rəy verib.

APA xəbər verir ki, bu barədə “Newsarmenia” məlumat yayıb.

Məlumata görə, “Şərəfim var” fraksiyasının Ermənistanın Baş naziri Nikol Paşinyana etimadsızlıq bəyanatı layihəsində qeyd olunur ki, hökumət öhdəliklərini yerinə yetirməyib, idarəetmənin bütün sahələrində sistemli böhran yaradıb və ölkə üçün yeni çağırışların mənbəyi olub.

Səbəblər arasında Qarabağ məsələsi, milli təhlükəsizlik strategiyasının uğursuzluğu, korrupsiyanın artması, iqtisadi geriləmə, humanitar böhran və müttəfiqlərlə münasibətlərin pisləşməsi göstərilir.

Fraksiyanın təklifi vəziyyəti sabitləşdirmək, demokratiyanı bərpa etmək və azad seçkilər keçirmək üçün milli birliyin keçid hökumətinin yaradılmasıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью