Ermənistan parlamentində 44 günlük müharibə müzakirəsi: Köçəryan detallar açıqlamaqdan İMTİNA ETDİ KONKRET

05.03.2025

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

44 günlük müharibənin baş vermə şəraitini araşdıran komissiyanın hesabatı 2025-ci ildə Ermənistan parlamentinin plenar iclaslarında müzakirə olacaq.

KONKRET.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində parlamentin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri, hakim “Mülki müqavilə” partiyasından olan deputat Andranik Köçəryan deyib.

O, konkret tarix verməkdən imtina edib. Bunun heç bir spekulyasiyaya yol verilməməsi ilə bağlı olduğunu deyib.

Qeyd edək ki, qanun istintaq komissiyasının işi başa çatdıqdan sonra hesabatın dərc olunmasını tələb edir, lakin bu, uzun müddətdir ki, baş vermir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью