Ermənistan parlamentində gərgin anlar yaşanıb

27.10.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Ermənistan parlamentinin iclası insidentlə başlayıb - spiker Ruben Rubinyan "Güclü Ermənistan"ın deputatı Edqar Kazaryanın mikrofonunu söndürüb və təhlükəsizlik xidmətinin əməkdaşlarını çağırıb.

"Report" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

E.Kazaryan parlament sədrinin deputatlara münasibətini tənqid edib. Buna cavab olaraq R.Rubinyan çıxışın iclasın gündəliyinə aid olmadığını bildirib və nitqi dayandırmağı tələb edib. E.Kazaryan çıxışını davam etdirdikdən sonra parlamentin spikeri təhlükəsizlik xidmətinin əməkdaşlarını çağırıb ki, deputatdan yerinə qayıtmasını tələb etsinlər.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью