Ermənistan parlamentində insident SAXLANILAN VAR

21.01.2025

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Ermənistan parlamentinin keçid məntəqəsində insident baş verib.
Bizim.Media erməni mediasına istinadən xəbər verir ki, “Newday.am” saytının operatoru Canibek Xaçatryan içəri keçmək istəyən zaman onun üzərində bıçaq aşkar edilib.
Ərəbkir rayon polis şöbəsinin əməkdaşları onu saxlayıblar və əli qandallı şöbəyə aparıblar.
Operatorun vəkili Ruben Melikyan bu hadisəni mənasız adlandırıb. O, bıçağın soyuq silah kimi dəyərləndirilə bilməyəcəyini söyləyib.
“Newday.am” saytının redaktoru Ani Gevorgyan digər hökumət strukturlarına daxil olarkən bu bıçağın sadəcə götürüldüyünü, mühafizə olunan kabinetə yerləşdirildiyini və operatorun içəri buraxıldığını bildirib.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью