Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Ermənistan parlamentində bütün ermənilərin katolikosu II Qareginin və sarımsağın xatırladılması ciddi qalmaqalla nəticələnib. Etiraz əlaməti olaraq müxalif deputatlar iclas zalını tərk ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.
Gərginliyə hakim Vətəndaş Sazişi Partiyasının deputatı Hasmik Akopyanın çıxışı səbəb olub. O, kinayəli şəkildə bildirib ki, katolikos II Qaregin müxalifət tərəfdarlarına "şər qüvvələr"lə mübarizədə sarımsaqdan istifadə etməyi öyrətmiş ola bilər.
Parlament üzvü bununla noyabrın 16-da keçirilən dinləmələr zamanı baş verən insidentə reaksiya verib. Həmin vaxt müxalifətin dəvət etdiyi bir neçə qonaq hökumət nümayəndələrinin rəmzi olaraq qovulmasını nümayiş etdirmək üçün tribunaya sarımsaq asmışdılar. Akopyanın Erməni Apostol Kilsəsinin rəhbəri barəsində səsləndirdiyi fikirlər müxalifətçilərin kəskin qəzəbinə səbəb olub və onlar masaları yumruqlamağa başlayıblar. Parlamentin spikeri Ruben Rubinyanın da din xadiminin ünvanına sərt ifadələr işlətməsindən sonra müxalifət nümayəndələri iclası tərk ediblər.
Bundan əlavə, iqtidar çoxluğu müxalifətin siyasi təqiblərlə bağlı təklif etdiyi bəyanat layihəsinin gündəliyə salınmasına mane olub. Təşəbbüsün əleyhinə 54, lehinə isə 33 deputat səs verib. Qeyd edək ki, sözügedən sənəddə hakimiyyətin cinayət təqiblərindən ruhanilərə və siyasi rəqiblərə qarşı təzyiq vasitəsi kimi istifadə etdiyi vurğulanırdı.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin