Ermənistan prezidenti Aİ ilə bağlı sənədi imzaladı

04.04.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan prezidenti Vaaqn Xaçaturyan respublikanın Aİ-yə daxil olması prosesinin başlanması haqqında qanunu imzalayıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Martın 26-da Ermənistan parlamenti respublikanın Aİ-yə daxil olması prosesinin başlanması ilə bağlı qanun layihəsini ikinci və yekun oxunuşda qəbul edib.

Layihə bu məqsədlə ölkə vətəndaşlarının 60 min imzasını toplayan bir sıra ictimai-siyasi təşkilatların təşəbbüsü çərçivəsində irəli sürülüb (Ermənistan Konstitusiyasına görə, mülki qanun layihələrinin parlamentdə baxılması üçün ən azı 50 min imza toplanmalıdır).


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью