Ermənistan prezidenti: Davamlı sülh üçün çalışırıq | Icma.az
Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistan prezidenti Vaaqn Xaçatryan Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya İqtisadi Kimliyinin Müəyyənləşdirilməsi” adlı paneldə iştirak edib.
Reyting.az-ın məlumatına görə, Ermənistan prezidenti Cənubi Qafqaz ölkələrinin iqtisadi inkişafı üçün regionda sülhün və sabitliyin təmin edilməsinin, Şərq-Qərb oxunda normallaşmanın təmin olunmasının və sərbəst iqtisadi əməkdaşlığın vacibliyini vurğulayıb.
V. Xaçatryan deyib ki, dinc və sabit Cənubi Qafqaz Avropa ilə Asiya arasında mühüm mərkəzə çevrilə və çoxşaxəli iqtisadi inkişaf imkanları y
Ermənistan prezidenti ölkəsinin Türkiyə və Azərbaycanla apardığı sülh prosesinə də toxunub: “Gələcəyə nikbin baxmaq üçün səbəblərimiz var.
Türkiyə və Azərbaycanla sülhlə bağlı diplomatik münasibətlər qurmaq üçün siyasi iradə və qətiyyət var.
Xalqlarımızı da bu prosesə cəlb etmək niyyətindəyik. Bu, müvəqqəti sülh deyil, davamlı sülhdür”.
Xaçatryan əlavə edib ki, bir neçə il əvvəl müharibə vəziyyətində olan iki ölkə indi sülhə yönəlib.
Tam oxu
Xəbəri oxu