Ermənistan Prezidenti Fransaya gedir

09.06.2025

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan iyunun 9-dan 11-dək Fransanın Nitsa şəhərində keçiriləcək BMT-nin Okean məsələləri üzrə Üçüncü Konfransında iştirak edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Xaçaturyan konfransın rəsmi açılış mərasimində çıxış edəcək və qlobal okean siyasətinə dair Ermənistanın mövqeyini təqdim edəcək.

Səfər çərçivəsində onun ətraf mühitin mühafizəsi, iqlim dəyişikliklərinə qarşı tədbirlər və beynəlxalq əməkdaşlıq sahəsində bir sıra ikitərəfli görüşlər keçirməsi planlaşdırılır. Görüşlərdə müxtəlif ölkələrin liderləri və beynəlxalq tərəfdaşlarla aktual məsələlər müzakirə olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью