Ermənistan Prezidenti İranla sərhədə getdi

01.08.2025

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Ermənistan prezidenti Vaaqn Xaçatryan İranla sərhəddə yerləşən Meğri gömrük məntəqəsinə baş çəkib.

Globalinfo.az Bu barədə “İran-Ermənistan Ticarət Palatası” teleqram kanalında məlumat yayıb.

Prezident səfər zamanı gömrük məntəqəsinin fəaliyyəti ilə tanış olub və burada çalışan rəsmi şəxslərlə görüşüb. O, həmçinin Sünik bölgəsinin Azərbaycanla həmsərhəd rayonlarına da baş çəkərək vəziyyətlə yerində tanış olub.

Qeyd edək ki, Xaçatryanın bu səfəri regionda artan geosiyasi gərginlik və kommunikasiya marşrutlarının müzakirə olunduğu bir vaxtda baş tutub.

Tahir Turan
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью